USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Rusiyada doğulan soydaşlarımızın bir qismi dədə-baba yurduna, Azərbaycana artıq yetkinlik çağlarında qayıdırlar. Daimi rubrikamızın yeni qəhrəmanı Rusiyada doğulub boya-başa çatan bir neçə ildir ki, Bakıda yaşayan və işləyən Azərbaycanlı Telman Qurbanov məhz belə edib.
Onun valideynləri gənc mütəxəssislər kimi hələ sovet illərində Nijnevartovskda işləməyə göndərilimişdirlər. Onlar 40 ildən çox ömürlərini qara qızılın çıxarılmasına həsr ediblər və hər ikisi “Rusiya Federasiyasının Neft və Qaz Sənayesinin Əməkdar İşçisi” fəxri adını alıblar. Telman valideynləri ilə fəxr edir. Ata oğlunun da neftçi olmasını istəyirdi, amma o başqa sahə seçib. Telman Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetində “hüquqşünas” ixtisası üzrə ali təhsil alıb və əlavə olaraq Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nəzrində Diplomatik Akademiyada “beynəlxalq əlaqələr” ixtisası üzrə magistraturanı bitirib.
Telman təhsil müddətində əldə etdiyi bilik və bacarıqları yüksək qiymətləndirir. Onun sözlərinə görə, Rusiya ona uğurlu başlanğıc və ən əsası mükəmməl təhsil üçün hər cür imkan yaratmışdı. Bunsuz indi sahib olduğu hər şeyə nail olmaq onun üçün çox çətin olacağını deyir.
Hələ 2015-ci ildə Telman uşaqlıq arzusunu həyata keçirdi və ehtiyacı olanlara dəstək olmaq üçün «Happy» xeyriyyə fondunu təsis etdi. Fond serebral iflic, xərçəng və autizmli uşaqlara, aztəminatlı ailələrə, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara yardım edir. Ünvanlı yardım toplaması ilə yanaşı, «Happy» könüllülər xeyriyyə konsertləri və idman tədbirləri təşkil edir, uşaq evlərinə və qocalar evlərinə gedirlər.
Sonradan Telman digital-marketinqlə maraqlanıb və dörd ildən artıqdır ki, bu sahədə çalışır. Rusiyada aldığı ali təhsil ona parlaq karyera qurmağa kömək etdi. Bakıya köçdükdən bir il sonra, o ArtEast Group Creative Agency-də SMM meneceri kimi işə düzəldi və hazırda bu şirkətə rəhbərlik edir.
Telmanın maraq dairəsinə yaradıcı layihələr də daxildir: 2010-cu ildə öz albomunu yazıb və 2016-cı ildə “Smokinq” adlı tədbir agentliyini yaratıb. O, həmçinin sosial şəbəkələrdə təbliğat üzrə müəllif kursununda sahibidir.
Telman Rusiyaya getmək istəyən həmvətənlərinə ilk növbədə məqsədlərinə qərar vermələrini tövsiyə edir. Onun fikrincə, növbəti beş-altı il üçün müfəssəl plan yazmaq və sonra onun həyata keçirilməsinə diqqət yetirmək məsləhətdir.
Telman sayır ki, eyni zamanda, maneələrdən də qorxmamalısınız. Telman deyir: “Mən əminəm ki, heç bir şey mümkünsiz deyil, xüsusən də onlayn formatda yaşadığımız üçün. Bir çox layihələr burada və indi yaradıla bilər! Bu, çox rahat və səmərəlidir».
Bir cavab yazın