USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın paytaxtında “Çinar Plaza” göydələninin pilləkənləri ilə artıq ənənəvi olan yarış baş tutub. İştirakçılar 667 pilləni qət etməli və ən tez 33-cü mərtəbəyə çatmalı idilər.
İştirakçılar arasında ən sürətlisi məsafəni 3,28 dəqiqəyə qət edən Aleksandr Yatsenko olub. Nikita Sitov 3,31 dəqiqə ilə onun arxasınca qaçıb, üçüncü yeri isə ötənilki yarışın qalibi Cəlal Süleymanov (3,42 dəqiqə) tutub.
Qadınlar arasında isə Tomris Mütəllibzadə 4,45 dəqiqəyə 33-cü mərtəbəyə birinci çatıb. Nataliya Vallek 4,57 dəqiqə nəticə göstərərək gümüş medal qazanıb. İlk üçlüyü isə birinci yerin sahibi Tomrisin anası İndira Mütəllibzadə tamamlayıb.
Məsafənin ümumi uzunluğu 122 metr olub. Yarışda ümumilikdə 50 idmançı iştirak edib.
Bir cavab yazın