USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Rusiya ilə əməkdaşlıqda Azərbaycan hansı perspektivləri görür
20 oktyabrda Azərbaycanda energetikləri təbrik edirdilər: 2004-cü ildən Prezidentin Fərmanı ilə bu gün elektroenergetika sahəsinin bütün işçiləri peşə bayramlarını qeyd edirlər.
Energetiklər Gününün tarixi SSRİ zamanından başlayır: 20 oktyabr 1981-ci ildə Cənubi Qafqazın ən böyük istilikelektrostansiyasının səkkiz enerji blokundan birincisi – Azərbaycan İES-i istismara verilib. 2400 MVt gücündə olan bu stansiyanın tikintisi demək olar ki 10 il çəkdi.
Azərbaycan İES, ölkədə istehsal olunan bütün elektrik enerjisinin 50%-ə qədər istehsal edir və həm qaz, həm də mazutla (indi əsasən mavi yanacaqla) işləyir. 2018-ci ilin iyul ayında stansiyada geniş miqyaslı qəza baş vermişdir – ölkənin yarısı elektrik enerjisiz qalmışdı. Rusiya öz şəbəkəsindən ölkəmizə elektrik enerjisi axınını artırmışdır, bu isə sovet dövründən bəri vahid enerji məkanı və iki ölkənin enerji sistemlərinin paralel işləməsi sayəsində mümkün olmuşdur. Bu, AR-na blekautdan ziyanı azaltmağa imkan vermişdi.
Hazırda Azərbaycanda 22 istilik elektrik stansiyası, 30 hidroelektrik stansiyası, məişət tullantıları hesabınaelektrik enerjisi istehsalı stansiyası, 4 külək, 8 günəş və 3 hibrid elektrik stansiyası (günəş, külək və bioqaz) fəaliyyət göstərir. Energetika Nazirliyi 2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalının 2,5%, 28,5 milyard kVt/saat-a, 2023-cü ildə isə bu göstəricinin 29,9 milyard kVt/saat-a çatacağını proqnozlaşdırır.
Artan güc Azərbaycan və Rusiyaya sinxron (ada) iş rejiminə və razılaşdırılmış elektrik enerjisinin ötürülməsinə uyğun olaraq mövsümi elektrik enerjisi mübadiləsini (1-3 milyard kVt/saat) həyata keçirməyə imkan verir. Bu, “Yaşma” və “Dərbənd” yarımstansiyaları arasında elektrik verilişi xətti (EVX) boyunca, həmçinin “Yalama” xətti boyunca həyata keçirilir. Bundan əlavə, Rusiya-Azərbaycan-İran enerji dəhlizinin inkişafı çərçivəsində elə həmin marşrut üzrə yeni EVX yaradılır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun 12-13 oktyabrda Moskvaya səfəri zamanı Azərbaycanın “Azərenerji” şirkəti və Rusiyanın “Rosseti” şirkəti iki ölkənin elektrik şəbəkələrinin, o cümlədən yeni EVX tikintisi hesabına inkişafı haqqında saziş imzalayıblar.
RF-nın energetika naziri Nikolay Şulqinov 26 oktyabrda Qahirədə İranın neft naziri Cavad Oudji ilə görüşü zamanı bildirib ki, RF, Azərbaycan və İranın ekspertləri üç ölkənin enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənirlər. Bu işin birinci mərhələsi müvafiq TİƏ-nın hazırlanması olacaqdır. Elektrik şəbəkələrinin belə sinxronlaşdırılması RF, Azərbaycan və İran arasında elektrik enerjisi mübadiləsinə kömək edəcəkdir. Elektroenergetikada Azərbaycan-İran əməkdaşlığı çərçivəsində dövlətlər arasında dörd 230 kilovoltluq EVXfəaliyyət göstərir.
Azərbaycan, Türkmənistan və İran liderləri arasında 28 noyabr 2021-ci ildə əldə olunmuş razılaşmaya əsasən, İran 2021-ci ildən etibarən Türkmənistandan 1,5 milyard kubmetrdən çox qazın tranziti üçün svop əməliyyatda iştirak edir.
“Belə kommersiya baxımından sərfəli əməliyyat Azərbaycana, ölkə daxilindəki tələbata və ixrac öhdəliklərin yerinə yetirilməsinə operativ reaksiya verərək, qazın effektiv paylanması ilə hər gün manevr etməyə imkan verir”, – Azərbaycanın Energetika Nazirliyində mənbə dəqiqləşdirib. 2007-ci ildən etibarən Azərbaycan 1,2-1,5 trilyon kubmetr qaz ehtiyatı olan Xəzərin “Şahdəniz” yatağının istifadə edilməsi sayəsində qaz ixracatçısıdır.
Şahdəniz yatağının istifadə edilməsinin birinci mərhələsi çərçivəsində Gürcüstan və Türkiyə qaz alır. 2018-ci ildən hasilatın və ixracın ikinci mərhələsi həyata keçirilir. Nəticədə alıcılara daha üç Avropa ölkəsi – İtaliya, Yunanıstan və Bolqarıstan əlavə edilib. 2020-ci ilin sonundan etibarən onlar Cənub qaz dəhlizinin (CQD) TransAdriatic Pipeline (TAP) Avropa qolu ilə qaz alırlar.
Hal-hazırda CQD ilə Avropaya gündə təxminən 27 milyon kubmetr qaz nəql edilir. Bu həcmlər, əlbəttə ki, Avropaya daxil olması davam edən mavi yanacağın Rusiya həcmlərindən azdır, baxmayaraq ki, Qərb RF-na qarşı çoxsaylı sanksiyalar tətbiq edir, ən böyük “Şimal axını” qaz kəməri isə təxribat nəticəsində sıradan çıxmışdır.
Bu zaman Rusiya və Azərbaycan energetika sektorunda rəqib deyillər. 2022-ci il sentyabr ayının əvvəlində Azərbaycan Prezidenti İtaliyanın Il Sole 24 Ore qəzetinə verdiyi müsahibəsində bildirmişdi: “Biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq”.
“Bizim öz yerimiz var. Biz (2013-cü ildə) Avropanın üç ölkəsinə, yəni İtaliya, Yunanıstan və Bolqarıstana qazın tədarükü üçün müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də qaz tələbatı var və biz indi həmin tələbatı qiymətləndiririk” – İlham Əliyev deyib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycandan ümumi qaz ixracı 22 milyard kubmetr təşkil edəcək, ondan da 11,5 milyard kubmetrdən çoxu Aİ-yə göndəriləcəkdir.
Azərbaycan Dövlət Neft Şirkətində istisna etmirlər ki, Bakıdan başlayan CQD-nin ötürücülük qabiliyyəti 2027-ci ilə iki dəfə artdığı halda, “Qazprom”dan həcmin bir hissəsi bu Azərbaycan beynəlxalq qaz dəhlizinə Türkiyə vasitəsilə daxil ola bilər və beləliklə də Avropa bazarına nəql oluna bilər. Bu məsələ 2023-cü ilin ortalarında aydınlaşa bilər.
Bu gün Azərbaycan öz qaz yataqlarını fəal şəkildə mənimsəyir, onlardan əsası da Xəzər Şahdəniz yatağıdır. Bu layihədə paylar SOCAR, Rusiyanın “Lukoyl” şirkəti, Türkiyənin TRAO, İranın NIOC və BP arasında bölüşdürülür.
“Lukoyl” Azərbaycanda aktivdir, və yalnız neft və qaz hasilatı sahəsində deyil. Artıq bir neçə ildir ki, şirkət neftinin bir hissəsini Korçaqin adına və Filanovski adına (Xəzərin Rusiya sektoru) yataqlardan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Aralıq dənizi bazarına nəql edir.
Payızda “Lukoyl”un Azərbaycandakı törəmə şirkəti 2020-ci ildə azad edilmiş AR-nın Füzuli rayonunda ilk modul tipli yanacaqdoldurma məntəqəsini açıb. Şirkət həmçinin Azərbaycan və Türkmənistanla birgə Xəzərin“Dostluq” yatağının mənimsəməsinə başlamaq istəyir. Həmçinin SOCAR-da mənbə bildirib ki, indi Qara dəniz bazarına çıxmaq üçün Bakı-Supsa neft kəmərinin gücündən “Lukoyl” tərəfindən istifadəsinin mümkünlüyüməsələsi müzakirə olunur. Tbilisiyə səfər zamanı Azərbaycan Prezidenti qeyd edib ki, 2022-ci ilin yazından etibarən bu neft kəməri Azərbaycan neftinin ixracı üçün istifadə olunmur və digər Xəzər istehsalçılardan həcmlər üçün açıqdır.
Bundan əlavə, “Lukoyl” həmçinin alternativ energetika sahəsində, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində layihələrlə maraqlanır.
27 oktyabrda Bakıda səfərdə olan digər Rusiya şirkəti “Rosneft”in başçısı İqor Seçin SOCAR-ı Vostok Oil layihəsində iştirak etməyə dəvət edib, Azərbaycan dövlət neft şirkətinin nümayəndələri bu təklifə baxmağa razılıqlarını veriblər.
Dünyada cari mürəkkəb geosiyasi vəziyyət, əlbəttə ki, iki dövlətin qarşılıqlı münasibətlərinə təsir göstərir, lakinsıx coğrafi, ticarət, iqtisadi və tarixi əlaqələr kəsilmir, ancaq zamanın tələblərini nəzərə almaqla təshih edilir. Bunu, xüsusən də qarşılıqlı investisiyalar təsdiq edir. Belə ki, RF, AR-nın iqtisadiyyatının neft sektoruna 5 milyard dollar, Azərbaycan da öz növbəsində Rusiyanın iqtisadiyyatına 1,2 milyard dollardan çox sərmayə yatırmış, və qoyuluşların əsas hissəsi isə RF-nın neft sektorunun payına düşmüşdür. Belə yanaşma iki ölkənin əməkdaşlığının perspektivlərindən danışır, hansılar milli iqtisadiyyatları üçün əsas sahələrin inkşafı və təcrübə mübadiləsi ilə maraqlanırlar.
Bir cavab yazın