USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Serbiyanın paytaxtı Belqradda başa çatan dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan yığması tarixdə ilk dəfə komanda hesabında birinci yeri tutub. İdmançıların zəfərli çıxışı onlara 120 xal toplamağa, İran və Türkiyədən olan rəqiblərini üstələməyə imkan verib. Təbrik edirik və qürur duyuruq!
Dünya çempionatında 55 kq çəkidə Eldəniz Əzizli və 82 kq çəkidə Rafiq Hüseynov çempion olublar. Gümüş medallara 63 kq çəki dərəcəsində Murad Məmmədov, 67 kq çəki dərəcəsində Həsrət Cəfərov və 77 kq çəki dərəcəsində Sənanə Süleymanova layiq görülüb.
Bir cavab yazın