USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dizayner Gülnarə Xəlilova Aktauda keçirilən Tengrii Fashion Week Kazakhstan sərgisində “Kolaj” adlı milli ornamentli gecə paltarları və klassik kostyumlar kolleksiyasını təqdim edib. Tamaşaçılar dizaynerin əməyini yüksək qiymətləndirərək tamaşanı sürəkli alqışlarla başa vurublar. Həmçinin Moda Həftəsində Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan dizaynerlərin geyim kolleksiyaları təqdim olunub.
Tengrii Fashion Week Kazakhstan ənənəvi olaraq türk dünyası dizaynerlərinin işlərinin nümayişinə ev sahibliyi edir.
Gülnarə Xəlilovanın kolleksiyaları bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə keçirilən Moda Həftələrində və beynəlxalq şoularda nümayiş etdirilib.
Bir cavab yazın