USD1,700,00%
EUR1,85–0,08%

Hərbçilərin maaşı artırıldı


 |  admin  | 

Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları 2023-cü il yanvarın 1-i ilə müqayisədə orta hesabla 2,1 dəfə əməkhaqqı alacaqlar. Həmçinin, 2024-cü il yanvarın 1-dən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq.

Müvafiq sərəncamları noyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb. Sənədlərin mətnləri dövlət başçısının saytında dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı