USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən bazar günü Heydər Əliyev adına Hərbi İnstitutuna, Milli Müdafiə Universitetinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə yeni qəbul olunmuş kursantların təntənəli andiçmə mərasimi keçirilib. Mərasimin fəxri qonaqları kursantları və onların valideynlərini təbrik edib, gələcək hərbi qulluqçulara uğurlu xidmət arzulayıblar. Kursantlar da öz növbəsində təntənəli surətdə Vətənə sədaqət andı içərək hərbi marşın önünə keçiblər.
Mərasimdə Milli Müdafiə Universitetinin, Hərbi İnstitutun, Hərbi Tibb fakültəsinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər. Mərasimdən sonra valideynlər hərbi təhsil müəssisələrində təhsil və yaşayış şəraiti ilə tanış olublar.
Bir cavab yazın