USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün növbəti bayram tədbiri təşkil olunub. Festivalda müxtəlif proqramlar təqdim olunub, DJ-lərin və animatorların iştirakı ilə əyləncələr təşkil olunub. Uşaqlar rəqs bacarıqlarını nümayiş etdirdilər. Tədbirdə şagirdlərə nahar da verilib, onlar sərbəst ünsiyyət qurub, bayram təəssüratlarını bölüşüblər. Tədbir 1 saylı uşaq evinin şagirdləri – Əli Həmidov və Qənirə Zeynalovanın və 3 saylı uşaq evinin yetirməsi Cihan İsimxanlının doğum gününə təsadüf edib. Heydər Əliyev Fondu adından ad günləri və tədbirin digər iştirakçılarına hədiyyələr təqdim olunub.
Bir cavab yazın