USD1,700,00%
EUR1,85–0,08%

İdarəetmənin ideologiyası kimi nasizm və dözümsüzlük?


 |  admin  |  ,

Beynəlxalq elmi və ekspert birliyi, ən azı, onun çağırılmamış seqmenti, niyə məhz qərb ölkələri müəyyən dövriliklə və artıq aşkar müntəzəmliklə nasist ideologiyasını, dözümsüzlüyü, həyata alternativ baxışları tam diskreditasiya cəhdlərini göstərir sualına başa düşülən və aydın cavabı verməlidir. Bu isə son dərəcədə hörmətsizliklə edilir: guya insan hüquqlarının, demokratiyanın, milli azlıqların müdafiəsi haqqında kəskin postulatlar adı altında və bir sıra qərb ölkələrinin xarici siyasətinin əsasına çevrilən nasist mahiyyətinə tamamilə uyğun gəlməyən digər ifadələrlə. Həm də, qərb mədəniyyətinin, iqtisadiyyatının, sosial və humanitar sahələrinin inkişafında ton verənləri. Yəni söhbət bəzi marjinal sosial qruplardan getmir.

Belələrindən digər sivilizasiyalarda kifayət qədər çatır. Bu halda söhbət qərb ideoloji düşüncənin güclü və sistem əmələ gətirən klasterindən gedir, hansı qərb sivilizasiyasının təkəbbür ideologiyasını formalaşdıraraq, sistematik olaraq və çox aqressiv şəkildə hərbi, siyasi, iqtisadi və informasiya müdaxilələri ilə digər sivilizasiya cərəyanlarının dəyərlərini basıb əzməyə çalışır.

Bu zaman, XI–XV əsrlərdə məhz qərb elitaları tərəfindən təşəbbüs göstərilmiş səlib yürüşlərini və ya bir sıra Asiya, Afrika və Amerika ölkələrinin təbii sərvətlərinin faktiki əsarət altına alınması və mənimsənilməsinin müstəmləkə sistemini necə xatırlamamaq olar. XIX əsrin tiryək müharibələri bəs necə olurdu, onların məqsədi hansılar idi və kim onlara təşəbbüs göstərirdi? Bəs Britaniya və Hollandiyanın Şərqi Hindistanı ilə talesiz hekayəsi, hansıların müstəmləkələşdirilməsi və allahsız istismarı hesabına qərb elitalarının əhəmiyyətli hissəsinin rahat yaşaması təmin edilirdi. Və “Qərbi Hindistan keysi” də digər sivilizasiyaların dəyər kateqoriyalarına mütləq sayğısızlıq ruhuna tam uyğun gəlirdi.

XX əsrə və Qərbdə ondan yaranan nasizmin yeni dövrəsinə, həmçinin irqi, dini, sinfi dözümsüzlüyün müasir təzahürləri kimi, bu mənada fraqmentlərlə deyil, lakin doqmatik aparatın qərb elitalarının müəyyən hissəsində genetik olaraq məskunlaşmış məntiqi davamı kimi baxmaq və təhlil etmək lazımdır. Onun əsası – bütün digər sivilizasiya yanaşmalarından imtina və iqnor etmək, özünəməxsus, özünün həyat tərzini – çirkin də olsa iqtisadi, sosial, məişət prinsiplərini təlqin etməkdir.

Bu mənada o vakxanaliya və qeyri-adekvatlıq, Rusiya ilə bağlı hər şey barəsində dözümsüzlüyün həmin təzahürləri, hətta əgər bu həyatın tamamilə apolitik aspektlərinə aiddirsə, istər bu idman, elm, mədəniyyət, dil olsun, bəzi kiçik marjinal sosial qrupların müflisləşmənin təzahürü ola bilməz. Bu, qərb ölkələr – elitalar tərəfindən qərarın qəbul edilməsi baxımından əhəmiyyətli və təəssüf ki, kritik vacib seqmentin kompleksli və sistemli zərərin təzahürüdür. Bu elitalar resurs potensiallarının məhdudluğuna və geosiyasi və iqtisadi ambisiyaları ilə müqayisə oluna bilməməsinə görə nasizm ideologiyasını ən müxtəlif sahələrdə öz hegemoniyasının qoruyub saxlaması mexanizminə çeviriblər. Yoxsa Rusiya alimlərinin, idmançılarının, mədəniyyət xadimlərinin, tələbələrinin siyasətdən uzaq beynəlxalq əməkdaşlığın müxtəlif sahələrindən uzaqlaşdırılması cəhdlərini necə izah etmək olar? Necə olur ki, bu gün mədəni və sivil Qərb ötən yüzillikdə faşizmi dayandıranlara qarşı nifrətlə yarışır. “Sivil” Avropa şəhərlərində “Ruslara ölüm” yazılması ağır hisslər doğurmaya bilməz. Bu arada bir vaxtlar “gələcək müharibə demokratiya arxasında gizlənən faşizmə qarşı Rusiyanın müharibəsi olacaqdır” deyən Fidel Kastronu necə xatırlamamaq olar?

Bununla belə Qərbdə yaranmış nasizmin hazırki dövrünün xüsusi təfərrüatları da var. Bu da, ilk növbədə, o, insan potensialı ilə mübarizə aparmaq istəmir, və bacarmırda. Ona görə də insan materialı kimi şərq, slavyan ölkəsinin insan resursları istifadəyə verilib. Xoşbəxtlikdən bu layihənin müəllifləri üçün, müasir informasiya və koqnitiv texnologiyalar və cəmiyyətin böyük və xüsusilə passionar sosial təbəqələrinin əhval-ruhiyyəsinnə nəzarət etmək üçün ən güclü resurslar üzərində hakimiyyət, dünyanın hər yerindən, o cümlədən Qafqaz respublikalarından milyonlarla insanı zombiləşdirməyə imkan verir, onları nasizmin qələbəsi uğrunda Ukraynaya döyüşə göndərərək.

O ki gəldi niyə keçən əsrin ortalarında olduğu kimi, nişan altında məhz Rusiyadır, bu suala cavab əslində son dərəcə sadədir. Məsələ ondadır ki, bütün yuxarıda qeyd edilən nasist aqressiv şiddət Qərbin resurs planında özünü təmin edə bilməməsi anlayışından yaranan patoloji qorxuya əsaslanır. Ekspansiya, genişlənmə cəhdləri Qərb üçün hegemon və ya ən azından beynəlxalq münasibətlər sistemində tam müstəqil aktor statusunu qoruyub saxlamasının yeganə yoldur. Ona görə də Rusiyaya qarşı hərbi, iqtisadi, mədəni, ideoloji, informasiya cəbhələrində aparılan mübarizə bir dövlətə, bir xalqa qarşı müharibə kimi qəbul edilməməlidir. Bu, ənənəvi dəyərlərdən və ictimai qurğu institutlarından rədd edilmə, istehlak cəmiyyətinin hegemonluğu, pul kisəsi və kredit kartların diqtəsi, total sələmçiliyə və maliyyə axınlarına nəzarətə əsaslanan iqtisadi siyasətin qurulması kimi açıq-aşkar sosial deformasiyalara və mutasiyalara səbəb olan həmin həyat tərzi modelinin real alternativliyinə qarşı müharibədir. Bu qarşıdurmada Rusiyanın məhv edilməsinin, əslində, qərb ultra-liberal diqtənin yuxarıda qeyd edilən çirkin təzahürlərinə real alternativin aradan qaldırılması demək olacağını başa düşmək üçün rusiyapərəst olmağa ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı