USD1,700,00%
EUR1,85–0,08%

İdman Filmləri və Proqramlarının II Milli Televiziya Festivalı açıqdır


 |  admin  | 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında II Milli Televiziya İdman Filmləri və Proqramları Festivalının açılış mərasimi keçirilib. Festival çərçivəsində idman mövzularında filmlər və proqramlar nümayiş etdiriləcək. Tədbir müxtəlif idman növlərinin kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana cəlb edilməsi məqsədi ilə keçirilir.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, nazir müavini Mariana Vasilyeva, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və digər fəxri qonaqlar iştirak ediblər.

Milli Televiziya İdman Filmləri və Proqramları Festivalı 2022-ci ildə MOK-un 30 illik yubileyi şərəfinə təsis edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı