USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda mobil cihazların vətəndaşlar tərəfindən şəxsi istifadə üçün idxalı zamanı onların qeydiyyatı üçün rüsumlar azaldılıb. “Dövlət rüsumu haqqında” qanuna müvafiq dəyişiklikləri prezident İlham Əliyev imzalayıb. Dəyişikliklər dekabrın ortalarında qüvvəyə minəcək.
İnternetə çıxışı olmayan, foto və videoçəkiliş funksiyası olmayan, qiyməti 100 ABŞ dollarından çox olmayan mobil telefonların rüsumu 20 manatdan 15 manata endirilib; qiyməti 100 ABŞ dollarından çox olmayan – 30 manatdan 20 manatadək; 201 dollardan 400 dollara qədər – 60 manatdan 40 manatadək; 401 dollardan 700 dollara qədər – 70 manatdan 50 manatadək; 701 dollardan 1000 dollara qədər – 100 manatdan 70 manatadək; 1001 dollardan çox – 150 manatdan 100 manatadək.
Bir cavab yazın