USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Azərsun Holdinq”in İmişli şəkər zavodunun ərazisində Azərbaycanda pivə istehsalı zəncirinə daxil ediləcək səməni arpasının emalı üzrə yeni zavodun təməlqoyma mərasimi keçib. Zavodda ilkin olaraq 11 min ton, növbəti mərhələdə 17 min ton səməni arpa emal olunacaq. Zavod həmçinin 510 tondan çox yem əlavələri istehsal edəcək.
Layihənin investisiya dəyəri 25 milyon manatdır. Zavodda 50 nəfər daimi işlə təmin olunacaq. Xammalın saxlanması üçün tutumu 20 min tondan çox olan silos kompleksi tikiləcək. Həmçinin layihə çərçivəsində Ağcabədi, İmişli və Füzuli rayonlarında 8 min hektar sahədə arpa, şəkər çuğunduru və ərzaq buğdası əkiləcək.
Bir cavab yazın