USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
BMT Təhlükəsizlik Şurasında Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs tələbi ilə qətnamənin qəbuluna səsvermə keçib. Sənədin layihəsi qoyulmuş veto hüququna görə qüvvəyə minməyib. Hansı ölkə münaqişənin sona çatmasında maraqlı deyil, və BMT-nin hansı üzvü susub – məqaləmizdə oxuyun.
Qətnamədə beş bənd var, o cümlədən atəşkəs tələbi, bütün girovların azad edilməsi və münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüququ üzrə öhdəliklərə əməl etməyə çağırış. Sənədin həmmüəllifləri BMT-nin ən azı 97 ölkəsidir.
Layihənin qəbul edilməsinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib. Böyük Britaniya bitərəf qaldı. Veto hüququnu ABŞ qoydu.
Ştatların mövqeyi və Böyük Britaniyanın susması Təhlükəsizlik Şurasının üzvləri tərəfindən ciddi tənqid edilib. Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun bildirib: “Münaqişənin böyüməsinin qarşısını almaq üçün çıxışlarla eynu vaxt döyüşlərin davam etdirilməsinə göz yummaq – özünü aldatmaqdır. Qadınların, uşaqların, insan haqlarının müdafiəsini xatırladaraq, döyüşlərin davam etdirilməsinə göz yummaq son dərəcə həyasızlıqdır. Bütün bunlar bizə göstərir ki, ikili standartlar nədir”.
Fələstin Dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib ki, Qəzzada qarşıdurmanın hər günü vəhşiliyin qələbəsi və insanlığın inkarının deməkdir.
BMT Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin səsinə baxmayaraq, əgər beş daimi üzvdən ən azı biri (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) sənədin əleyhinə səs verərsə, qətnamə qəbul edilə bilməz.
Qeyd edək ki, ABŞ, Qəzza sektorunda atəşkəslə bağlı qətnamə layihələrinə ilk dəfə veto qoymur. Hər yeni blokada ilə onların nümayəndələrinin münaqişənin davam etdirilməsinin yolverilməzliyi ilə bağlı sözləri getdikcə daha ikiüzlü görünür.
Böyük Britaniyanın susması da az təəccübləndirmir. Parlament həmişə Qəzzada atəşkəsə qarşı olub. Bu yaxınlarda Britaniya nazirinin köməkçisini münaqişəyə son qoymaq çağırışına görə işdən çıxarıblar. Görünür, Londonun öz mövqeyini əks etdirməyə cəsarəti çatmayıb.
Təəssüflər olsun ki, ikili standartlar taktikasını Qərb ölkələri təkcə Fələstin-İsrail münaqişəsi ilə bağlı istifadə etmirlər. Onlar Cənubi Qafqazda sülhə çağıraraq, Ermənistanı silahlandıraraq və maraqlarını müdafiə etdiyinə və ərazi bütövlüyünü müdafiə etdiyinə görə Azərbaycana təzyiq göstərərək dəstəyi göstərməyi davam edirlər. Təəccüblü deyil ki, ölkə rəhbərliyi Qərb tərəfdaşları ilə qarşılıqlı əlaqədən imtina etməyə başladı.
Eclafligin son noqtesi. Sadece bu son 20 ilde muselmanlara qarsi soyqirimdir. Usaqlarin, qadinlarin, qocalarin olumunu gormurler Felestinde? kordular? Allah cezalarini versin.