USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İsmayıllı rayonunda bir həftə ərzində 4 zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, buna baxmayaraq, İsmayıllıda fəlakətli zəlzələ təhlükəsi yoxdur.
Yetirmişli qeyd edib ki, noyabrda İsmayıllı rayonunda seysmik aktivliyin artması yığılmış enerjinin buraxılması ilə bağlıdır. Orta güclü yer təkanları təxminən eyni ərazidə baş verir. Mütəxəssislər bu prosesi izləyir və seysmik aktivliyin fon səviyyələrinə çatmasını gözləyirlər.
Bir cavab yazın