USD1,700,00%
EUR1,85–0,08%

İşsizlərin tibbi sığortası uzadılacaq


 |  admin  | 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işsizlər və bəzi digər kateqoriyalardan olan vətəndaşlar üçün icbari tibbi sığortanın dövlət tərəfindən maliyyələşdirilməsini 2025-ci ilə qədər uzatmaq niyyətində olduğunu açıqlayıb. Müvafiq dəyişikliklər layihəsi baxılmaq üçün artıq parlamentə göndərilib. Hazırda qüvvədə olan qanun işsizlər üçün icbari tibbi sığorta haqlarının 2024-cü ilin yanvar ayından ödənilməsini nəzərdə tutur.

Bundan əlavə, ambulator və stasionar tibbi yardıma müraciət zamanı icbari tibbi sığorta üzrə birgə maliyyələşdirmənin təmin edilməsinin 2025-ci ilə qədər təxirə salınması nəzərdə tutulur. İdarə tibbi sığorta çərçivəsində xidmət göstərən tibb müəssisələrinin daha 3 il müddətinə ƏDV-dən azad edilməsini də təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı