USD1,700,00%
EUR1,85–0,08%

İstilik və işıq uğruna


 |  admin  |  ,

Bu gün Azərbaycan energetikləri peşə bayramlarını qeyd edirlər. Bu tarix Azərbaycanda və bütün Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan Mingəçevir rayonunda hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarət istilik elektrik stansiyasının istismara verilməsi ilə əlaqədardır. Bunun üçün avadanlığı Rusiyada, Leninqrad metal zavodunda istehsal ediblər.

BMT ekspertlərinin fikrincə, dünya miqyaslı enerji böhranı astanasında durub. Ona görə də bu gün ön plana energetika sahəsində beynəlxalq qarşılıqlı fəaliyyət çıxır. Bu sahədə kooperasiya miqyaslı layihələrin həyata keçirilməsinə və yeni enerji effektivli texnologiyaların tətbiqinə imkan verir, bu isə iqtisadiyyatın davamlı inkişafının açarıdır.

Azərbaycan energetika sahəsində beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bizim ölkəmiz Gürcüstan, Macarıstan, Özbəkistan və digər ölkələrlə müvafiq memorandumlar imzalayıb.

Bundan başqa, Bakı Türkiyədə qaz qovşağının yaradılmasında iştirak etməyə hazırdır. Bu layihəni yaxın vaxtda Türkiyənin dövlət şirkəti BOTAŞ və Rusiyanın “Qazprom” şirkəti həyata keçirəcək.

Gələcək qovşaq yanacaq-energetika kompleksi sahəsində Azərbaycan-Rusiya layihələrindən yalnız biridir. Bizim ölkələrimizin uğurlu enerji inkişafı üçün əsası bir sıra ikitərəfli sazişlər təmin edir. Əsas olanlardan biri – Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamədir.

Bu sənəd yanacaq-energetika kompleksi sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Söhbət neft və qaz yataqlarının birgə kəşfiyyatı və işlənməsi, enerji resurslarının yeni nəqliyyat dəhlizləri ilə nəqlindən, bərpa olunan enerjinin inkişafından gedir. Bundan əlavə belə təşəbbüslər yeni iş yerləri yaradır.

Azərbaycan və Rusiya arasında iki ölkənin enerji sistemlərinin paralel işləməsi haqqında müqavilə var. İlk növbədə iş elektrik enerjisinin RF-dan ölkəmizə və geriyə ötürülməsinə aiddir. Hesablamalara görə, 2024–2029-cu illərdə təkcə Rusiyanın Vahid Enerji Sistemindən Azərbaycana ixrac tədarükləri 300 milyon kVt-a çatacaq ki, bu da sənayenin və sakinlərimizin mümkün əlavə elektrik enerjisi tələbatını tamamilə ödəyəcək. Həmçinin sənəddə qəzaların aradan qaldırılmasında və elektrik enerjisi obyektlərinin inkişafında qarşılıqlı yardımdan da danışılır.

Enerji sahəsində yalnız dövlətlər deyil, həm də ayrı-ayrı şirkətlər də sıx əlaqədədir. İyun ayında Peterburq beynəlxalq iqtisadi forumu – 2023 çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller qaz tədarükünü müzakirə ediblər.

Əməkdaşlıq haqqında saziş iki ölkənin əsas istehsalçı şirkətləri arasında qüvvədədir. İyunda Azərbaycan energetikləri “Rosseti” şirkətinin nümayəndə heyətini qəbul etdilər. Görüş zamanı “Azərenerji” ASC-nin energetikləri və onların Rusiya həmkarları şəbəkənin inkişafı və modernləşdirilməsi və bir çox digər məsələləri müzakirə etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı