USD1,700,00%
EUR1,85–0,08%

Jurnalistlər Xocavənd rayonunun işğaldan azad edilmiş kəndini ziyarət ediblər


 |  admin  | 

KİV nümayəndələri Xocavənd rayonunun işğaldan azad edilmiş Tuğ kəndində təməli İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan yaşayış məhəlləsinin tikintisi üzrə işlərlə tanış olublar. 99 hektar ərazidə 1089 nəfər yaşaya bilər. Burada ilk növbədə 24 tarixi fərdi yaşayış evi bərpa ediləcək və 95 bina tikiləcək, daha sonra daha 244 yeni fərdi yaşayış evinin tikintisi planlaşdırılır.

Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunun (Şuşa rayonu istisna olmaqla) tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərdəki Xüsusi Nümayəndəliyinin baş müşaviri Əli Zeynalov bildirib ki, yeni məhəllədə 360 şagirdlik məktəb binası, 50 uşaqlıq uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman kompleksi və meyvə anbarı tikiləcəkdir. Həmçinin burada əhali üçün iş yerləri yaradılacaqdır. Tikinti və bərpa işlərinin iki il ərzində başa çatdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı