USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ukrayna ərazisində və bu dövlətin ətrafında baş verən proseslərin dünya ictimaiyyətinə, belə desək, demokratik media resursları tərəfindən necə çatdırılması, tam şəkildə ultraliberal maliyyə qlobalizminin qərarlarının qəbulu mərkələri tərəfindən idarə olunmasını, qeyri-demokratikliyi dərəcəsini nümayiş etdirir. Dünya hadisələrin real mənzərəsinin presedenti olmayan təhrifinin şahidi oldu, həm də ki, bu yüzlərlə il bundan əvvəl deyil, gözümüzün önündə baş verdi. Bütün dünya üzrə “qanlı Putin rejiminin”, barəsində eşitmədən tanış olan ölkə xalqlarını kifayət qədər özünə cəlb edən mahiyyəti ilə ixrac olunan anqlosakson demokratiya modelinin ideallarının qalib gəlməsi xeyrinə mədəni seçimini etmiş “demokratiya və inkişaf adasını” məhv etməyə çalışdığını iri zombiləşdirilmiş insan qruplarının formalaşdığını da görmək mümkündür.
Onda sual yaranır: Niyə Ukraynanın ərazi bütövlüyünün ərazi bütövlüyünün pozulması haqqında qışqıran media resursları, ABŞ-ın İraqın, Serbiyanın ərazi bütövlüyünü pozduğu zaman dinmirdilər? Liviya ərazisi üzərində qeyri-uçuş zonası tətbiq olunanda, hansı ki, hərbi çevrilişə və milli faciəyə gətirib çıxardı? Yaxud Azərbaycan torpaqları 30 ilə yaxın erməni işğalı altında olanda?
Məsələnin tarixi
SSRİ dağıldıqdan sonra kollektiv Qərb postsovet ölkələrində antirusiya elitasının formalaşdırılması üzrə güclü sistemli işlər aparmağa başladı. Və Ukrayna Rusiya sərhədlərində metodiki şəkildə əsas layihəyə çevrildi. Bu şəraitdə, xüsusilə birinci Ukrayna Maydanından sonra, Rusiya rəhbərliyi Almaniyanın qüdrətli enerji habına çevrilməsi və İkinci dünya müharibəsindən sonra ilk dəfə bu ölkənin subyekt kimi mövqe tutmasının təşkil olunması vasitəsilə bu ölkə ilə əlaqələrin gücləndirilməsi ideyasına diqqət ayırdı. Rusiya üçün Almaniya ödəmə qabiliyyətli ixrac bazarına çevrilə bilərdi. Moskva Rusiya iqtisadiyyatı üçün lazım olan texnologiyaların idxalını edə bilərdi. Almaniya isə İkinci dünya müharibəsindən sonra ilk dəfə tamformatlı siyasi subyektə çevrilə bilərdi, bununla da qərarları qəbul edən mərkəzlərdən biri olmaq imkan əldə edə bilərdi. Bununla yanaşı, Rusiya resurslarının əlçatanlığı alman iqtisadiyyatının real sektoru üçün bütövlükdə təməl daşlardan biri hesab olunur. Alman elitasının geniş dairələri bu yanaşmanın konstruktivliyini dərk edirdilər. lakin anqlosaksonlar üçün Rusiya və Almaniya arasında əməkdaşlığın möhkəmlənməsinə yol verməmək xarici siyasət vektorunun demək olar ki, əsas istiqamətidir.
İkinci Ukrayna Maydanı 2014-cü ildə bariz antikonstitusiya çevrilişi ilə Rusiya üçün seçim imkanı qoymadı. Ölkə, siyasətinin imperativi antirusiya başlanğıcı və NATO-ya apellyasiyasız daxil olma cəhdi, qərb tərəfindən silahlanma olan aqressiv antirusiya Ukraynası ilə barışa bilməzdi. Nəticədə kollektiv Qərb ölkələri özlərinin vacib iqtisadi və geosiyasi məsələlərini həll etmək üçün əla imkan əldə etdilər. Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək üçün onunla özünü məhv edən müharibənin aparılması, həmçinin Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinə zərbə endirmək məqsədilə, bununla da onu Rusiyadan ayırmaqla və Amerika məhsullarının satış yerinə çevirməklə işlər görüldü. Bu kontekstdə Almaniyada hakim elitanın dəyişdirilməsi və kansler Angela Merkelin vəzifədən getməsi işarə idi.
“Şimal axınının” ikinci xəttinin reallaşması beynəlxalq münasibətlərin bütün konfiqurasiya üzrə sındırılmasının mümkünlüyü mənasını verə billərdi. Belə ki, İkinci dünya müharibəsindən sonra ilk dəfə Avropanın aparıcı iqtisadiyyatına malik ölkə olan Almaniya bütün iqtisadi və siyasi gündəm məsələləri üzrə vacib qərarların qəbul edildiyi, həmçinin Rusiya ilə əlaqələr qurmaq baxımından müstəqil Avropa mərkəzi kimi mövqe tuta bilərdi. Təbii ki, bu, son illər “Şimal axınlarının” qarşısını almağa çalışan okeanarxası tərəfdaşları narahat etməyə bilməzdi.
Təsadüfi deyildir ki, “Şimal axınlarına” hücumlar kulminasiya həddinə çatdı və bu ilin payız ayında “Şimal axını – 1” diversiya ucbatından fəaliyyətini dayandırdı.
Bununla yanaşı, müxtəlif informasiyalara görə, Almaniya rəhbərliyinə “Şimal axını -2”-dən imtina etmək üçün “Amerikayönümlü meqafonlar” vasitəsilə ciddi təzyiqlər edilirdi. Bu, iqtisadiyyatın real sektorunun inkişafı üzrə güclü mərkəz kimi Almaniyanın mövqe tutması cəhdlərinin başa çatmasına gətirib çıxara bilərdi. Almaniya, Rusiya və Çinin səylərinin birləşdirilməsi isə iqtisadi və siyasi müstəvidə ABŞ-ın dünya hökmranlığının sonunu gətirib çıxara bilərdi.
Bu baxımdan Bakı ilə Moskva arasında mübahisə yaratmaq üçün elə həmin mərkəzlər tərəfindən, o cümlədən ölkə üçün lazımsız və zərərli ideyalarla informasiya hücumları vasitəsilə, bariz cəhdlərin əvvəllər edildiyi, edilməyə davam edildiyi və gələcəkdə də ediləcəyini düşünmək üçün bütün əsaslar vardır.
Dövlətimiz bu kimi “çirkin ssenarilərin” iştirakçısı olmamalıdır. Məhz ultraliberal qərb elitaları əsas məqsədi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaq və RF-nin Cənubi Qafqazdan getməsinə kömək etmək, bununla da onu daimi qeyri-sabitlik meydanına çevirmək olan Qafqazda gərginliyi provokasiya ediblər. Ancaq indi, təxribat və təzyiqlərə baxmayaraq Azərbaycan və Rusiya, öz milli maraqlarını müdafiə etmək və ölkələr arasında dayanıqlı müttəfiqlik münasibətləri prioritetinə əsaslanan mövqelərini qoruyub saxlayırlar.
Впервые за долгое время читаю очень грамотную статью в наших медиа о происходящем в мире. Слава Аллаху, что у нас есть люди, которые всё понимают