USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Azərbaycan Dövlət Kukla Teatrı 92-ci mövsümünü parlaq premyera ilə açdı. Səidə Xaqverdiyevanın “Melissa” adlı tamaşası sahibindən ayrılmış çəhrayı saçlı gəlincik nümunəsi ilə uşaqlara sevgi və sədaqət, əzm və özünəinam haqqında danışıb.
“Melisa” tamaşası uşaq yazıçısı Sevinc Nuridinqızının eyniadlı pyesi əsasında hazırlanıb.
Tamaşada aparıcı teatr artistləri: Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman və Elgün Həmidov çıxış edirlər.
Bir cavab yazın