USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Laçında əhaliyə xidmətin təşkili mərhələli şəkildə həyata keçirilir. Mayın 1-dən burada modul tipli xəstəxana, aptek, məktəb, mağazalar fəaliyyətə başlayıb. Həmçinin Azərbaycan Quru Nəqliyyatı Agentliyi ilə birgə marşrut xətlərinin xəritəsi tərtib edilib və yaxın vaxtlarda şəhərdə ictimai nəqliyyat fəaliyyətə başlayacaq.
Mayın 28-dən indiyədək 315-ə yaxın ailə, yəni 1204 nəfər artıq Laçına köçüb. Bu ay 75 ailənin buraya köçürülməsi nəzərdə tutulub. Həmçinin Zabux kəndinə 21 ailə (94 nəfər) köçüb. Şəhər müəssisələrində hazırda 430-dan çox sakin çalışır. Şəhərdə 75 qeyri-yaşayış obyekti, 628 fərdi ev və 144 mənzilli 9 yaşayış binası tikilir.
Bir cavab yazın