USD1,700,00%
EUR1,85–0,08%

Lamiyə Vəliyeva yenidən dünya çempionu oldu


 |  admin  | 

Parisdə keçirilən atletika üzrə dünya çempionatında azərbaycanlı paraatletçi Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafəyə qaçışda ikinci qızıl medalını qazanıb.21 yaşlı idmançı məsafəni 55,34 saniyəyə qət edib. Həmçinin yarışda Orxan Aslanov uzunluğa tullanmada dördüncü yeri tutaraq 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Xatırladaq ki, ötən həftə Lamiyə Vəliyeva Parisdə 100 m məsafəyə qaçışda birinci yeri tutub.

Hazırda 2024-cü il Yay Paralimpiya Oyunlarına lisenziya sahibləri dörd Azərbaycan idmançısı – Lamiyə Vəliyeva, Oloxan Musayev, Orxan Aslanov və Saif Nəcəfzadədir. Beləliklə, 2024-cü il Oyunlarına vəsiqələrin sayına görə paralimpiyaçılarımız milli olimpiya yığmasını qabaqlayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı