USD1,700,00%
EUR1,85–0,08%

Lazımsız vasitəçilər


 |  admin  | 

Qarabağ regionunda həyat getdikcə düzəlir. Ölkə hakimiyyəti bildiriblər, ki 2024-2026-cı illərdə Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 6 milyard dollardan çox vəsait ayıracaqlar. Amma yenə də beynəlxalq arenanın heç də bütün oyunçuları Cənubi Qafqazda sülhün olmasını istəyir. Qərb dövlətləri öz müdaxilələri ilə regionda sabitliyi pozmaqda davam edirlər.

Avropa ölkələrinin Qarabağdakı vəziyyətin həllinə fəal müdaxiləsi destruktiv və birtərəfli xarakter daşıyır. Azərbaycan konstruktiv dialoqun təşkilinə kömək etmək yerinə yalnız qınaq və tənqidlər aldığı halda, bir sıra Avropa siyasi təşkilatlar AR-nı açıq şəkildə tənqid edirlər, Azərbaycan əlehinə addımlar ataraq və sanksiyalar daxil etməkdə hədələyərək Məsələn, bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyası AR-nın siyasətini tənqid edən qətnamə qəbul etmişdir. Qərbin bu cür təxribatlarının Azərbaycanın rəhbərliyi kifayət qədər sərt şəkildə qarşısını alır.

Qarabağdakı vəziyyətin həllində Azərbaycanla ortaq məqsəd və maraqları olan ölkələr həqiqətən də maraqlıdırlar. Məsələn, dialoqun təşkilində Rusiyanın iştirakını və onun münaqişənin sülh yolu ilə həlli cəhdini Azərbaycanın dövlət lideri dəfələrlə qeyd edib.

MDB ölkələrinin Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərək İlham Əliyev AR və ER arasında münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylərə görə Rusiyaya təşəkkür edib: “Rusiyanın vasitəçiliyini biz minnətdarlıqla qəbul edirik, çünki o, bizim qonşumuz və müttəfiqimizdir, həmçinin Ermənistanın müttəfiqidir. Bu ölkə minlərlə kilometr uzaqda olanlardan fərqli olaraq bizim bölgədədir. Və təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur”.

Aİ-nın AR-na qarşı tənqidedici siyasəti ilə əlaqədar Azərbaycanın lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq: bizim rəhbərliyimiz Qərb məkanlarında perspektivləri görmür. Bu gün Azərbaycan hakimiyyəti danışıqlar üçün öz səhnəsini yaratmağa çalışır, hansında yalnız maraqlı olan dövlətlər iştirak edəcəkdir. Uğurlu nümunələrdən biri – ekspertlər tərəfindən yüksək qiymətləndirilən “3+3” regional əməkdaşlıq platformasıdır. Belə formatda görüş oktyabrın 23-də baş tutub.

Türkiyə politoloqu Engin Özerin fikrincə, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistanın əməkdaşlığını nəzərdə tutan “3+3” formatı Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün faydalı ola bilər. “Digər aktorlar və üçüncü ölkələr regionun işlərinə qarışmamalıdır”, – ekspert əlavə edib.

“Azərbaycan müstəqil xarici siyasət aparır və bütün qərarlar Bakıda qəbul edilir… İdarəetmə İrəvandan bəzi digər paytaxtlara keçib. Bu, vəziyyəti daha da qarışdırır. Bütün bunları nəzərə alaraq, “3+3” platformasını ən uğurlu hesab etmək olar, çünki ona daxil olan ölkələr, Ermənistan istisna olmaqla, öz qərarlarını qəbul edə bilirlər. Onu da qeyd etmək lazımdır ki, “3+3” platforması ABŞ və Qərb üçün əlverişsizdir”, – Report informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib.

Yalnız ümid etmək qalır ki, xarici qüvvələr sülh prosesinə müdaxilə edə bilməyəcək və sülh müqaviləsi bu yaxınlarda bağlanacaqdır.

Comments (2)

  • Azərbaycan. Tarixində. Son. 200. İldən. Bəri hələ. İtirilmiş. Torpaqlardan. Bir. Qarışda. Olsun. Geri. Qayıtmayıb. İndi. Müzəffər Alibaş komandanın. Uzaq. Görən. Siyasəti. Nəticəsində. Və. Yenilməz. Odumuzun. Kömməyi. İlə. Qarabağ. Tamamıilə. Azad. Oldu. Bütöv. Azərbaycanın. Hər. Yerində. Üç. Rəngli. Bayrağımız. Dalğalanır. Bunun. Üçün. Biz ŞƏHİDLƏRİMİZƏ. QAZİLƏRİMİZƏ. VƏ. ALİBAŞ. KOMANDAN. CƏNAB. İLHAM. ƏLİYEVƏ. BÖRCLUYUQ. ALLAH. İLHAM. ƏLİYEVƏ. QAZİLƏRİMİZƏ. UZUN. ÖMÜR. CAN. Sğlığı. Versin. Allah. Şəhidlərimizə. Rəhmət. Eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı