USD1,700,00%
EUR1,85–0,08%

Lisenziyasız taksi sürücülər cərimələnəcək


 |  admin  | 

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, yanvarın 1-dən taksi minik avtomobilləri ilə sərnişinlərin lisenziyası olmadan daşınmasına görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə nəzərdə tutulur. İcazə kartı olmadan işlədikdə və ya avtomobillə sərnişin və yük daşıma qaydalarını pozduqlarına görə taksi sürücülərini 40 manat cərimə gözləyir.

Bundan başqa, taksi minik avtomobillərində sərnişinlərin buraxılış vərəqəsi olmadan daşınmasına və ya avtomobillə sərnişin və yüklərin daşınması qaydalarını pozduqlarına görə inzibati tənbeh almış şəxslər təkrar qayda pozuntusuna görə 80 manat məbləğində cərimə olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı