USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Son həftələr ərzində beynəlxalq mədəni əməkdaşlıq sahəsində bir neçə vacib tədbirlər keçirilib. Bəzilərini bizim ölkəmiz təşkil edib, digərlərindən birində isə onun nümayəndələri iştirak edib.
Bu gün Sankt-Peterburqda XI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu – Birləşmiş Mədəniyyətlər Forumu başa çatacaqdır. Orada 70-dən çox ölkə nümayəndəsi və 50 rəsmi nümayəndə heyəti iştirak edir, onun tərkibində görkəmli rejissorlar, artistlər, musiqiçilər, aparıcı ekspertlər, böyük mədəniyyət təşkilatlarının rəhbərləri iştirak edir. Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli başçılıq edib.
Forum çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbəri Rusiya həmkarı Olqa Lyubimova ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu iştirak edib.
Tərəflər ölkələr arasında mədəni əlaqələrin inkişafını və qarşılıqlı mədəniyyət günlərinin təşkilini müzakirə ediblər. Söhbətdə Olqa Lyubimova vurğuladı ki, RF-da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının yüz illiyini geniş şəkildə qeyd edirlər. Bundan əlavə, o, azərbaycanlı həmkarlarına Beynəlxalq Yeni Bədii və Sənədli Filmlər Festivalında, həmçinin Beynəlxalq Xəzər Film Forumunda fəal iştiraklarına görə təşəkkürünü bildirib.
Öz növbəsində Adil Kərimli Кusiya həmkarını gələn il Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşün sonunda Azərbaycan naziri Olqa Lyubimovaya bu qədim şəhərin tarixinə və görməli yerlərinə həsr olunmuş, bu yaxınlarda çap edilmiş “Şuşa – zirvədən uca” kitabının bir nüsxəsini hədiyyə edib.
Mədəniyyət yenilikləri Azərbaycanda da təqdim edirlər. Çərşənbə günü Bakıda IX Bakı Beynəlxalq kitab sərgisi başa çatıb, hansının fəxri qonağı bu il Rusiya olub. Onun açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
“Rusiya nəşriyyatçıların və müəlliflərin belə irimiqyaslı layihədə iştirakı böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycanda rus dili öz aktuallığını saxlamaqda davam edir”, – Rusiya səfiri mərasimdə deyib.
Həmçinin diplomat qeyd edib ki, Rusiyanın fəxri qonaq kimi dəvəti 2023-cü ilin MDB-da “Rus dilinin millətlərarası ünsiyyət dili kimi ili” elan edilməsi ilə əlaqədar böyük əhəmiyyət kəsb edir.
Sərgi zamanı Rusiya stendində 600 nəşr təqdim olundu. Azərbaycan və Rusiya xalqlarının dostluq klubunda isə, Azərbaycan Yazıçılar Birliyində və Bakıda “Rus evi”ndə bizim yaradıcı gənclərimiz rus yazıçıları – kitab sərgisinin iştirakçıları ilə görüşüblər.
Sərginin daha bir tədbiri may ayında Ufada keçiriləcək “Kitap Bayram” Beynəlxalq kitab yarmarkasının təqdimatı olub. Başqırdıstan nümayəndə heyəti Azərbaycan yazıçılarını və kitab nəşriyyatçılarını dəvət edib.
Bir cavab yazın