USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Mustafa Mehmandarovun rəhbərliyi ilə böyük konsert proqramı ilə çıxış edib. Tədbir Heydər Əliyev Fondu tərəfindən aparılan genişmiqyaslı restavrasiyadan sonra istifadəyə verilən Mehmandarovlar saray kompleksində keçirilib.
Şuşada ifa olunan kompozisiyalar arasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqsi”, Tofiq Quliyevin “Lay-Lay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqmentlər “Sarı gəlin” xalq mahnısı var idi.
Belə əlamətdar tədbir çərçivəsində musiqi kollektivinə rəhbərlik etməyi Mehmandarovlar nəslinin nümayəndəsi, beynəlxalq müsabiqələr laureatı, dirijor Mustafa Mehmandarov öz üzərinə götürüb. O, ata-baba torpaqlarında orkestrə dirijorluq etmək fürsətindən xüsusi qürur hissi keçirdiyini qeyd edib.
Bir cavab yazın