USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin 230 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Konsertdə Mirzə Şəfi Vazehin qəzəlləri və muğam-xoreoqrafik kompozisiyaları səsləndirilib, foyedə tamaşaçılara şairin həyat və yaradıcılığına həsr olunmuş sərgi təqdim olunub.
Mirzə Şəfi Vazeh 1792-ci ildə Gəncədə memar ailəsində anadan olmuşdur. O, “ifadəli, aydın” mənasını verən Vazeh təxəllüsü ilə yazmışdır. Onun poetik əsərləri bütün dünyada tanınır: qəzəlləri, müxəmməsləri, rübailəri, məsnəviləri və s. Əsərlərinin əsas mövzularını satira, lirizm, romantik sevginin tərənnümü, eləcə də feodal cəmiyyətinin yaramazlıqları təşkil edirdi.
Bir cavab yazın