USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Beynəlxalq Muğam Mərkəzində şeir, nəsr, musiqi və rəssamlığı birləşdirən İncə sənət ədəbi-musiqili gecəsi keçirilib. Açılışda rəssam Mehriban Şəmsəddinin “Mood” silsiləsindən qadınların mürəkkəb duyğularını və əhval-ruhiyyəsini çatdıran rəsmləri nümayiş etdirilib. Bu mühitdə gənc xanımlar tamaşaçılara yaradıcılıq işlərini, sənətə olan səmimi həvəslərini nümayiş etdirdilər.
Gecədə Nazxanım Dadaşova (fortepiano), Əməkdar Artist Ceyla Seyidova (skripka), yazıçı və şairə Ülviyyə Axundova (şeir/nəsr), Nigar Cəfərova və Gülsüm Xəlilova (soprano), eləcə də Elnarə Məmmədovanın (bas gitara) çıxışları olub. Onlar Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edərək tamaşaçılarda canlı təəssürat yaradıblar.
Bir cavab yazın