USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Keçmiş məcburi köçkünlərin bərpa edilmiş və yenidən qurulmuş Laçın şəhərinə qayıtması davam edir. Bu dəfə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park 3” yaşayış kompleksindən 23 ailədən ibarət 85 nəfər vətənə qayıdıb. Bundan əvvəl 93 ailə (351 nəfər) Laçına qayıdıb.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olan Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin və rayon icra hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Bir cavab yazın