USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Soçidə Rusiya və Türkiyə liderlərinin danışıqlar keçib. Hər iki tərəf – Azərbaycanın beynəlxalq aləmdə ən yaxın tərəfdaşıdır, ona görə də onların liderlərinin görüşünün nəticələri Bakı üçün də vacibdir.
Rəcəb Tayyib Ərdoğan və RF Prezidenti Vladimir Putin iki ölkənin əməkdaşlığının müsbət dinamikasını qeyd ediblər. 2022-ci ilin yekunları üzrə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 86%-dək artıb, tendensiya bu il də qalıb. Əlamətdar haldır ki, kommersiya mübadilərində Rusiya və Türkiyə sahibkarları getdikcə daha çox milli valyutalardan – rubl və lirədən istifadə edirlər.
Danışıqlarda əsas mövzulardan biri – taxıl müqaviləsinin bərpa edilməsidir. Liderlər Rusiya ilə Türkiyə və Qətər arasında 1 milyon ton Rusiya taxılının ən kasıb ölkələrə pulsuz tədarükü üzrə birgə layihə haqqında razılığa gəliblər. Bu, taxıl əqdinə alternativa deyil, lakin ehtiyacı olanlara dəstək olmanın şəffaf mexanizmdir.
Həmçinin tərəflər elan etdilər ki, Rusiya və Türkiyənin qaz qovşağının tikintisi üçün birgə işçi qrup yaradacaqdır və ümidvar olduqlarını bildirdilər ki, bu layihənin həyata keçirilməsi regionun energetikasında vəziyyəti daha sabit və balanslı edəcəkdir. Öz növbəsində Ərdoğan Türkiyədə qaz qovşağı layihəsini ölkə üçün əlamətdar adlandırıb və vurğulayıb ki, energetika və mədən sənayesi üçün də analoji mərkəzin yaradılmasının planlaşdırır. O, həmçinin əlavə edib ki, Ankara təbii qaz tədarükü sahəsində Moskva ilə münasibətləri çox vacib hesab edərək inkişaf etdirməyə davam edəcəkdir.
Çox güman ki, qaz layihəsinə iştiraka Azərbaycan da qoşulacaqdır. Prezident İlham Əliyevin sözlərinə görə, enerji sahəsində üçtərəfli əməkdaşlığın böyük perspektivləri var. Türkiyədəki qaz qovşağı sayəsində Azərbaycan qısamüddətli müqavilələr üzrə öz mavi yanacağını sərfəli şəkildə ixrac edə biləcəkdir.
Görüşdə Türkiyədə “Akkuyu” AES-nın tikintisi haqqında danışıblar. “Rosatom”un tikinti meydaçasında 25 minə yaxın insan işlə təmin olunub. RF Prezidentinin sözlərinə görə, layihənin icrası plana uyğun gedir, ilk enerji blokunun işə salınması 2024-cü ildə baş tutacaq. Ümumilikdə dörd enerji blokunun istismara verilməsi planlaşdırılır. Gözlənilir ki, stansiya ildə təxminən 35 milyard kilovatsaat istehsal edəcəkdir.
“Akkuyu” çərçivəsində uğurlu əməkdaşlığı nəzərə alaraq Türkiyə Rusiya ilə Sinopda daha bir AES-nın tikintisini planlaşdırır. Əvvəllər bu şəhərdə layihəni Fransa-Yaponiya konsorsiumu həyata keçirə bilməmişdir.
Görüşün maraqlı məqamı o olmuşdur ki, Putin Ərdoğana Türkiyə liderinin həyatı və siyasi karyerası haqqında Bakılı, Rusiya jurnalisti, TASS xəbər agentliyinin baş direktor müavini Mixail Qusman tərəfindən çəkilən filmi vermişdir. Təxminən 25 dəqiqə davam edən lentə rejissor Mixail Qusmanla Türkiyə dövlət başçısının dörd söhbətindən fraqmentlər daxil edilmişdir.
Soçi danışıqları dövlətlər arasında aktiv dialoqda növbəti epizod olmuşdur. Təkcə keçən il Rusiya və Türkiyə liderləri dörd təkbətək görüş və 16 telefon danışığı aparmışdırlar. Və bu ilin əvvəlindən isə Putin və Ərdoğan artıq 10 dəfə telefonla danışıblar.
Bir cavab yazın