USD1,700,00%
EUR1,85–0,08%

Naxçıvanda sərnişin qatarlarının hərəkəti dayandırılıb


 |  admin  | 

Yanvarın 1-dən “Naxçıvan Dəmir Yolları” MMC dəmir yolu ilə sərnişin daşımalarını müvəqqəti dayandırıb. Bu məhdudiyyət sərnişinlərin rahat gediş-gəlişini və yüklərin təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə dəmir yolu infrastrukturunun gücləndirilməsi və müasir standartlara uyğun yenidən qurulması ilə əlaqədar tətbiq edilib.

“Azərbaycan Dəmir Yolları” QSC ölkədə dəmir yollarının əsaslı yenidən qurulması istiqamətində fəal iş aparır, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi üzrə layihələr həyata keçirir. Bu sahənin inkişafı üçün güclü maddi-texniki bazanın yaradılmasına və müasir innovativ modelin tətbiqinə xüsusi diqqət yetirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı