USD1,700,00%
EUR1,85–0,08%

Neft, qaz və dostluq


 |  admin  |  ,

Bakıda “Xəzərin nefti və qazı” 28-ci Beynəlxalq neft və qaz sərgisi başa çatıb. Bölgənin ən miqyaslı biznes hadisəsi hər il bütün dünyadan sənaye liderlərini toplayır. Bu il sərgidə 38 ölkən, o cümlədən Belarus, Qazaxıstan, Özbəkistan və başqalarından 300-dən çox şirkət iştirak edib.

Sərginin ən böyük iştirakçıları Rusiya müəssisələri oldu. Made in Russia ekspoziyası çərçivəsində 40-dan çox neft-qaz, enerji və nəqliyyat şirkətləri Rusiyanı təmsil edib.

Əsasən bunlar, Azərbaycan bazarında artıq tanınan şirkətlər idi – “Lukoyl”, “Transneft”, “Qazprom”, “Gidropro”, “Ural” avtomobil zavodu, “Tagilskaya stal” xoldinqi. Sərginin Rusiya iştirakçıları Azərbaycan tərəfdaşlarına təqdim etməyə hazır olduqları yeni məhsulların nümunələrini Bakıya gətiriblər. Kollektiv stenddə yolsuzluq avtomobillərinin natura nümunələri, unikal amfibiya texnikası, yüksək texnologiyalı fərdi mühafizə vasitələri və bir çox başqa şeylər nümayiş ediblər.

Sərgi zamanı Made in Russia ekspoziyasının iştirakçıları Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Yaxın Şərq, Cənubi və Qərbi Asiya ölkələrindən olan potensial tərəfdaşlarla 150-dən çox işgüzar görüş və danışıqlar aparıblar.

Azərbaycan Prezidenti İlham Əliyev əminliklə bildirib ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası sahəsində qlobal əməkdaşlıq sahəsində dialoqu daha da gücləndirəcəkdir. Bu dialoqda AR-nın əsas tərəfdaşlarından biri – Rusiya Federasiyasıdır.

Hələ keçən ilin sentyabr ayında dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan dünya qaz bazarında Rusiya ilə rəqabət aparmaq məqsədini qarşısına qoymur. Əksinə, bizim ölkələrimiz enerji sahəsində fəal şəkildə qarşılıqlı fəaliyyət aparır. Misallardan biri – Türkiyə qaz qovşağı layihəsində iştirakdır.

Həmçinin sıx əlaqəni Azərbaycan dövlət neft şirkəti SOCAR və Rusiya “Qazprom” və “Rosneft” şirkətləri qurublar. Keçən il sonuncunun başçısı İqor Seçin bizim dövlət şirkətimizi Krasnoyarsk diyarının şimalında “Vostok Oil” layihəsində iştirak etməyə dəvət edib.

2020-ci ildə isə SOCAR, “Lukoyl” ilə Xəzərdə geoloji kəşfiyyat sahəsində əməkdaşlıq haqqında memorandumu imzalayıb. Rusiya neft-qaz nəhəngi – Şahdəniz yatağının işlənməsi üzrə konsorsiumun əsas iştirakçılarından biridir (19,99%). Bundan əlavə, “Lukoyl” – Azərbaycan iqtisadiyyatına sərmayələri 4 milyard dollardaan çox olan böyük investordur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı