USD1,700,00%
EUR1,85–0,08%

“Neftçi” klubu cəzalandırıldı


 |  admin  | 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkə çempionatının IX turunun oyunlarında baş vermiş insidentlərə baxıb. Nəticədə “Neftçi”nin baş məşqçisinin iki köməkçisi – “Qarabağ”la oyunda baş hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəq alan Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunub. Onlar 3 aylıq sınaq müddəti alıblar və növbəti iki oyunu buraxacaqlar, “Neftçi” isə AFFA xəzinəsinə 3000 manat ödəyəcək.

Həmçinin, fotoqrafının icazəsiz mövqeyini dəyişməsinə görə komanda 500 manat, matç başa çatdıqdan sonra meydana qaçan azarkeşlər üçün isə 800 manat cərimə olunub.

Cərimələr “Qarabağ”a da verilib. Ağdamlılar köynəkdə nömrənin səhv göstərilməsinə görə 1000 manat, azarkeşlərinin təhqir qışqırmasına görə isə 500 manat ödəməli olacaqlar.

“Sumqayıt” meydandan kənara uçan topları təqdim edən gəncin topu başqa istiqamətə atmasına görə 1500 manat cərimə olunub.

“Sabah” “Araz-Naxçıvan”la matçda qışqıran və oyundan sonra meydana qaçan azarkeşlərinin davranışına görə 1000 manat təzminat ödəyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı