USD1,700,00%
EUR1,85–0,08%

Noyabrda Bakıda “Xəzər üzərində yelləncək” filminin premyerası olacaq


 |  admin  | 

Noyabrın 6-da Bakıda paytaxt sakinlərinə rus yazıçısı Mariya Suvorovskayanın eyniadlı romanı əsasında çəkilmiş “Xəzər dənizi üzərində yelləncəklər” filmi nümayiş etdiriləcək. Film azərbaycanlı kişi ilə rus qadınının sevgi hekayəsindən bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılıb.

Filmin prodüseri Caspian Media Group, rejissoru Qulu Əsgərovdur. Baş qəhrəman rolunu yazıçının özü Mariya Suvorovskaya oynayıb. Onun partnyorunun obrazını azərbaycanlı model Emil Həsənzadə canlandırıb. Filmin baş prodüseri Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyevdir. Ssenari müəllifi Nicat Dadaşov, filmin uyğunlaşdırılmasının ideya müəllifi isə Səadət Qarayevadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı