USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Cüdo üzrə Okeaniya Açıq Turnirində 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev çempion olub. Avstraliyanın Pert şəhərində keçirilən yarışın final görüşündə Azərbaycan idmançısı rəqibi estoniyalı Klen-Kristofer Kaljulaidə qalib gələrək qızıl medal qazanmağı bacarıb.
Fativa çempionluq yolunda braziliyalı Asis Qustavo, belçikalı Sami Çuçi və Böyük Britaniya təmsilçisi Camal Petqravı da məğlub etməli olub. Mötəbər yarışda 52 kq çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva bürünc medal qazanıb.
Bir cavab yazın