USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonuna muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 921,1 manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 11,3% çoxdur. Ən yüksək orta əmək haqqı neft sektorunda – 3491,7 manat, mədənçıxarma sənayesində isə 3353,1 manat təşkil edib.
Sonrakı yerləri maliyyə və sığorta – 2330,1 manat, elm, peşə və texniki fəaliyyət – 1536,8 manat, informasiya və rabitə – 1494,2 manat, dövlət idarəetməsi, sosial müdafiə və sosial təminat – 1308,9 manat, nəqliyyat və anbar təsərrüfatında çalışan işçilər tutur. Ən aşağı əməkhaqqı su təsərrüfatı, tullantı sularının təmizlənməsi və emalı sahələrində çalışan işçilərdədir – 689,7 manat, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatında – 545,7 manat.
Bir cavab yazın