USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 917 manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çoxdur. Ən yüksək orta əmək haqqı mədənçıxarma sənayesində və maliyyə, sığorta, peşə və elmi-texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanlarda qeydə alınıb.
2023-cü il iyunun 1-dən Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,7 milyon nəfəri ötüb. Ötən ilin iyun ayı ilə müqayisədə bu göstərici 20,3 min nəfər və ya 1,2% artıb. Bütün muzdlu işçilərin 898,6 min nəfəri dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.
Bir cavab yazın