USD1,700,00%
EUR1,85–0,08%

Ölkədə orta əmək haqqı artıb


 |  admin  | 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 921,9 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çoxdur. Ən yüksək orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə, sığorta, peşə, elmi və texniki fəaliyyət sahələrində, o cümlədən informasiya və rabitə sektorunda qeydə alınıb.

Ümumilikdə, 2023-cü il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 726 min nəfər təşkil edib. Bütün muzdlu işçilərin ən çoxu təhsil sahəsində – ümumi işçilərin 19%-i, ikinci yerdə ticarət və avtomobil təmiri sahəsində – 18,8%; sənaye – 13%; əhaliyə tibbi-sosial xidmətlər – 8,4 faiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı