USD1,700,00%
EUR1,85–0,08%

Ölkənin hər yerindən müəllimlər Bakıya toplaşmışdılar


 |  admin  | 

Bakı Konqres Mərkəzində 1906-cı ildən başlayaraq beş ildən bir keçirilən ənənəvi XVI Azərbaycan müəllimləri qurultayı keçirilib. Burada 1600-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak edib. Tədbirdə təhsil sahəsində müxtəlif mövzularda panel iclasları keçirilib.

Qurultayda elm və təhsil naziri Emin Əmrullayev məruzə ilə çıxış edib. O qeyd edib ki, son 10 ildə ölkənin ali məktəblərinə tələbə qəbulu 40 faizdən çox artıb və artıq 2026-2027-ci tədris ilində ali məktəblərə 75 min tələbənin qəbulu nəzərdə tutulub.

O, həmçinin bildirib ki, Şuşa, Füzuli, Zəngilan, Laçın, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərindəki yeddi məktəbdə hazırda 550 şagird təhsil alır, 84 müəllim çalışır. Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı