USD1,700,00%
EUR1,85–0,08%

Ölkənin mədəni həyatında yeni təyinatlar  


 |  admin  | 

Keçən həftəsonu Azərbaycanın mədəni həyatında bir neçə dəyişikliklər baş verib. Respublika Prezidentinin sərəncamı ilə mədəniyyət nazirinin yeni müavini Fərid Cəfərov təyin edilib. Fuad İbrahimov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru, Mehriban Ələkbərzadə isə Azərbaycan Milli Dram Teatrının bədii rəhbəri olmuşdur.

Fərid Cəfərov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini daşıyırdı.

Azərbaycanın əməkdar artisti Fuad İbrahimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və Münxendəki “Yeni filarmoniya” Simfonik orkestrinin dirijoru, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yanında BakuChamberOrchestra baş dirijoru kimi məşhurdur. O, yeni vəzifəsində Azərbaycanın xalq artisti Rauf Abdullayevi əvəzləyib.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatr və ekran tamaşaları ilə tanınır. O, bundan əvvəl Azərbaycan Dövlət gənc tamaşaçılar teatrının və Dövlət Yuğ teatrının baş rejissoru olmuşdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı