USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Təmiz ölkəm” kampaniyası çərçivəsində Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonlarının meşəlik ərazilərində təmizlik işləri aparılıb, 3 tondan artıq məişət tullantıları toplanaraq daşınıb. Həmçinin Hacıqabul rayonunda magistral yolun kənarındakı yaşıllıq sahəsi 875 kq zibildən təmizlənib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iməciliklərdə departamentin ərazi idarələrinin və yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri, rayon kommunal müəssisələrinin əməkdaşları, yerli sakinlər və könüllülər iştirak ediblər.
Bir cavab yazın