USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2023-cü il iyulun 1-dən iyulun 30-dək ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaqlar.
Azərbaycan Respublikasının 2005-ci il təvəllüdlü vətəndaşları hərbi xidmətə çağırılırlar. 1988-2004-cü il təvəllüdlü, 35 yaşınadək müddətli həqiqi hərbi xidmətini başa vurmamış, çağırışdan möhlət hüququ olmayan və ya çağırışdan azad olunmayan vətəndaşlar da çağırılacaq.
Bundan əlavə, bu müddət ərzində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Qanununun 38.1.1-ci maddəsində göstərilən xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaqlar.
Bir cavab yazın