USD1,700,00%
EUR1,85–0,08%

Öz ağlınla yaşamaq


 |  admin  | 

Yaxın Şərqdə baş verən hadisələr bir daha düşünməyə vadar edir ki, hər zamanemosiyalara arxalanmaq lazımdırmı və ya məlumatlı və rasional qərarlar qəbul etmək daha vacibdir. Göründüyü kimi, bizim ölkəmiz düzgün seçim edib.

Şənbə günü, 7 oktyabrda HƏMAS tərəfdarları İsrailə güclü raket zərbəsi endiriblərvə ölkənin ərazisinə daxil olublar. Ən azı 800 israilli, o cümlədən gənclərin musiqi festivalının 250-dən çox iştirakçı öldürülüb. Nəticədə İsrail hakimiyyəti yarım əsr ərzində birinci dəfədir ki, Fələstinə müharibə elan edib və cavab əməliyyatına başlayıb. Ölən və yaralananların sayı artıq hər tərəfdən yüzlərcədir və onların əksəriyyəti dinc əhalidir.

Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişənin yeni kəskinləşməsi dünyanı yenə İsraili dəstəkləyənlərə və fələstinlilərin hərəkətlərini dəstəkləyənlərə parçaladı.

İsrailin tərəfinə BƏƏ, Hindistan, Gürcüstan və bir çox başqa ölkələr durdular. HƏMAS -ın işğalını Suriya, Türkiyə, İran və Qətər ədalətli hesab etdi.

Türkiyə və digər İslam ölkələrinin mövqeyinə baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini davam etdirdi və münaqişədə bərabər məsafəli mövqe tutdu.

Nə İsrail, nə də Fələstin ölkəmiz üçün düşmən deyillər və belə vəziyyətdə tərəflərdən birini tutaraq müttəfiqlərimizin yolu ilə getmək düzgün olmazdı. Biz ölkəmizə birbaşa aidiyyatı olmayan münaqişədə düzgün hərəkət edənləri və günahkar olanları axtarmırıq. Bu prinsip XİN-nin bəyanatında açıq şəkildə görünür: “Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki əhaliyə qarşı zorakılığı pisləyirik. Həm İsraildə, həm də Qəzza sektorunda çoxlu dinc əhalinin faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı bildiririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”.

Təcrübə göstərir ki, öz yolu ilə getmək – istənilən halda ən rasional qərardır.

Comments (2)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı