USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Cənubi Qafqazda kövrək sülh yenidən təhlükə altında qaldı. Bu dəfə əngəl rolunda – danışıqların digər iştirakçıları ilə razılaşdırılmamış humanitar yüklərin tədarüküdür.
Keçmiş jurnalist N.Paşinyan Aİ-nin dəstəyi ilə piar-aksiyanı təşkil etmək qərarına gəlib.
Xarici KİV-də Azərbaycan əleyhinə informasiya kampaniyasına başlamaq üçün Ermənistan Azərbaycan və Rusiya sülhməramlılarının razılığı olmadan Qarabağa ərzaq ilə avtomobil kolonnasını göndərib.
Əslində, xarici kameraların obyektivlərində mənzərə dramatik inkişaf edir. Avropalı müşahidəçilərin gözü qarşısında Qarabağ erməniləri üçün 400 tona yaxın humanitar yardım Azərbaycanla sərhəddə ilişib qalıb. Təsəvvür edə bilərsiz ki, bununla bağlı artıq Qərb mediasında nə qədər hay-küy qaldırıblar.
Lakin gəlin xronologiya quraq və anlayaq ki, niyə görə avropalılar tələsik Qarabağa humanitar yükləri yığıb göndəriblər.
25 iyulda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçib. Danışıqların yekunu üzrə S.Lavrov Rusiyanın yanaşmasını aydın şəkildə şərh edib: “Məsələlərdən ən həssası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində Alma-Atada keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış 1991-ci il tarixli bəyannaməyə uyğun olaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin zəmanəti problemi olub və qalır. Onun effektivliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna müvafiq olaraq sülh müqaviləsi üzərində iş aparılır”.
Beləliklə, Rusiya yeganə vasitəçi olmuşdur ki, hansı dəqiq şəkildə bəyan edib ki, Qarabağ – Azərbaycandır.
Üçtərəfli görüşün nəticələri açıq şəkildə nəinki N.Paşinyan, onun avropalı dostlarına da qane etmir. Bununla bağlı Bakı və Moskvanın razılığı olmadan İrəvanda 19 maşından ibarət humanitar yardım formalaşır, Laçın yoluna paralel olaraq isə Aİ-nin Ermənistandakı missiyasının rəhbəri M.Ritter də gedir, hansı ki, təxribatın gedişatı barədə birbaşa Aİ diplomatiyasının rəhbəri Josep Borrell-ə bəyanat verir.
Həmin gününü axşamı Aİ-nin anti-Azərbaycan bəyanatı, hansında Laçın yolunun açılması tələb edilir, daha sonra isə Avropa Parlamentinin deputatları, Fransa və Litva Xarici İşlər nazirliklərinin şərhləri çıxır.
Qeyd etmək lazımdır ki, avropalılar üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması sərfəli deyil. Brüssel region ölkələrinə mümkün qədər çox təzyiq rıçaqları yaratmağa çalışır. Məsələn, Azərbaycan-Ermənistan sərhədində Aİ missiyası, hüquq müdafiə mövzusunun siyasiləşdirilməsi, beynəlxalq meydançalarda anti-Azərbaycan qətnamələri, humanitar yüklərlə təxribat. Məqsədlər dünya qədər qədimdir – həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionda möhkəmlənmək, həmçinin Cənubi Qafqaz dövlətlərindəki daxili siyasi proseslərə təsir edə bilmək imkanı.
O zaman çetdi arxa plana indi başga zamandır