USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Yeni adlar” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təşkil olunub. Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Prezident təqaüdçüləri Zərrin Əliyeva (skripka) və Nərminə İsmayılova (fortepiano) çıxış ediblər.
Respublika və beynəlxalq müsabiqələrin gənc laureatları Sergey Raxmaninovun fortepiano üçün 2 saylı Konsertini (c-moll, op.18) və Jean Sibeliusun Violin və orkestr üçün Konsertini (d-moll, op.47) təqdim ediblər.
“Yeni Adlar” layihəsinin məqsədi ölkədə müasir musiqi sənətinin inkişafı, yeni istedadlı ifaçıların axtarışı və yetişdirilməsidir.
Bir cavab yazın