USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftəsonu Heydər Əliyev Mərkəzinin qarşısında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qərbi Azərbaycanın etnik-mədəni mühiti və qeyri-maddi irsi mövzusunda tədbir keçirilib. “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycanın milli geyimləri və mətbəxi, eləcə də məişət əşyaları və məşhur tarixi abidələrin 3D modellərindən ibarət stend təqdim olunub.
Bundan əlavə, tədbirdə Vətənə həsr olunmuş mahnılar, Qərbi Azərbaycanın aşıq mahnıları səsləndirilib. Açıq səma altında keçirilən “səyahət”də Milli Məclisin deputatları, KİV nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.
Bir cavab yazın