USD1,700,00%
EUR1,85–0,08%

Qərbi ikili standartlar idarə edir


 |  admin  | 

Çətin geosiyasi şəraitdə beynəlxalq təşkilatlar “düzgün” dəyərlərin təbliğinə yönəlmiş müxtəlif bayramları da unutmurlar. Belə tarixlərdən biri – Beynəlxalq İnsan Hüquqları Günüdür. BMT onu 1950-ci ildə təsis edib və o vaxtdan bəri bayram hər il diqqətlə qeyd olunur.

Təəccüblüdür ki, Qərb dövlətləri, hansılardan əksəriyyəti BMT-na daxildir, insan hüquqları anlayışını çox seçici şəkildə şərh edirlər. Məsələn, İsrail və Fələstin münaqişəsində ABŞ hesab etmir ki, İsrail kütləvi bombardmanlar həyata keçirərək və mülki və hərbi hədəfləri ayırmayaraq beynəlxalq humanitar qanunlara əməl etməyə etinasızlıq göstərir. Bu arada Qəzzada ölən mülki vətəndaşların sayı artıq 17 mini keçib.

Qərb ictimai sahədə də insan haqlarını manipulyasiya edir. Fransa azərbaycanlı jurnalist Aygün Həsənovanı “arzuolunmaz şəxs” kimi qəbul edir və heç bir səbəb göstərmədən ölkədən göndərir. Bu vəziyyətdə hansı söz azadlığından danışmaq olar?

Qərbin agentləri öz QKT-ları vasitəsilə başqa dövlətlərə təsir göstərirlər. Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi bu yaxınlarda Serbiya vətəndaşlarını Gürcüstana gətirdi ki, onlar qeyri-hökumət təşkilatları və fəallar üçün təlimlər keçirsinlər və bu ölkədə hökuməti sonradan devirsinlər.

Belə yanaşmanı Qarabağın uzun illər erməni işğalından azad edilməsi vəziyyətində də istifadə edirlər. Agentliyin lideri Samanta Pauer sentyabr ayında Ermənistanda Qarabağdan olan köçkünlərlə görüşüb, lakin azərbaycanlı qaçqınlarla görüşməkdən imtina edib.

Qarabağ məsələsi üzrə Azərbaycana münasibətdə təxribatlar indi də davam edir. Hüquq müdafiəçilərinin forumunda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ermənistan və Azərbaycan münaqişəsini xatırladıb, lakin Qarabağı tərk edən ermənilərin sayını həddindən artıq hesablayıb – deyib ki, onlar 150 min nəfər olub. Təxribata dərhal XİN və Azərbaycan Prezidenti reaksiyası verib. Söyləməyə dəyərmi ki, bu təsadüfi səhv deyil, real tarixi yenidən yazmaq cəhdidir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı