USD1,700,00%
EUR1,85–0,08%

Qəzetlərdə Azərbaycan dilinin tətbiqi səviyyəsi monitorinq edildi


 |  admin  | 

Monitorinq Mərkəzinin baş mütəxəssisi bildirib ki, monitorinq nəticəsində qeydə alınan 2500 dil faktından 1769-u hesabata daxil edilib.

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2500 səhv qeydə alınıb.
Bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.
O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib:

“Monitorinq nəticəsində qeydə alınan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib”.

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı