USD1,700,00%
EUR1,85–0,08%

Qafqazın müğənnisi


 |  admin  | 

Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığı – Azərbaycanın milli mədəniyyətinin bir hissəsidir. Böyük rus şairi Qafqazı sevirdi, səfərləri zamanı burada yaşayan xalqlarla, o cümlədən azərbaycanlılarla sıx təmasda olurdu. Dahi şəxsiyyətin ad günündə Puşkinin bizim ölkəmizlə əlaqəsi – əsrlər keçdikcə daha da möhkəmlənən əlaqəsi haqqında danışırıq.

A. S. Puşkin Qafqaza iki dəfə – 1820 və 1829-cu illərdə olmuşdur. Yaradıcılıq planında ikinci səfər xüsusilə məhsuldar olmuşdur, bundan sonra “Ərzruma səyahət” eskiz hekayəsi doğulmuşdur. Orada azərbaycanlılar haqqında qeydlər var.

Bu səfər zamanı Puşkin dəfələrlə Azərbaycan əsgərlərinin şücaətini müşahidə etmişdir. Onlardan birisinə şair, rus ordusunun 1-ci müsəlman atlı alayında xidmət etmiş poruçik Fərhad-bəyə “Qafizdən” şeirində misralar həsr etmişdir.

Bundan əlavə, Ərzrum səfəri zamanı Puşkin, yəqin ki, görkəmli Azərbaycan şairi, alimi, maarifçisi Abbasqulu Bakıxanovla tanış olmuşdur. Bir neçə ildən sonra Sankt-Peterburqa gələrək Bakıxanov ilk növbədə Puşkinlərin evini ziyarət etmişdir, bunu rus dahisinin qohumlarının yazışmaları sübut edir.

Puşkinə “Şərq poeması”nı Azərbaycan yazıçısı Mirzə Fətəli Axundov həsr edib. Bu əsər rus ədəbi dilinin banisinin ölümünə ən yaxşı poetik cavablardan olmuşdur.

Azərbaycan dilinə Puşkinin ilk tərcümələri XIX əsrdə dərc olunmuşdur. Onları Mirzə Kazım bəy və Firidun bəy Köçərli kimi tanınmış xalq ədəbiyyatçıları tərcümə etmişdilər.

Müasir Azərbaycanda indi də Puşkinin əsərlərini orijinaldan və tərcümədə oxuyurlar, onun pyeslərini ölkəmizin teatrlarının səhnələrində tamaşaya qoyulur. Belə ki, aprel ayında Bakıda ilk dəfə “Kiçik faciələr” solo tamaşa göstərilmişdir. İyun ayında isə Bakı tamaşaçıları “Kapitan qızı” povesti əsasında hazırlanan tamaşanın premyerasını görəcəklər.

Bundan əlavə, ölkəmizdə Puşkinə həsr olunmuş elmi-təhsil tədbirlərini təşkil edirlər. 1998-ci ildən etibarən hər il Rusiya-Azərbaycan “Puşkiniana” layihəsi keçir. Bu ildən başlayaraq şeir, nəsr, mini-tamaşa və multimedia təqdimat müsabiqəsində Qazaxıstan və Belarusiyadan gənclər də iştirak edirlər. 25-ci yubiley layihəsi böyük şairin yaradıcılığında musiqi mövzusunu açırdı.

A.S.Puşkinin yaradıcılığını yaxşı bilirsiz? Ən çox sevdiyiniz əsərlər hansılardır?

Comments (2)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı