USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şaxruddin Maqomedəliyev Ağdam “Qarabağ”ını tərk edir. Mətbuatda yayılan xəbərlərə görə, futbolçu Türkiyə Superliqasında iki illik müqavilə imzalanacağı “Adana Dəmirspor”a keçir. Artıq “Qarabağ”ın özündə də Şaxruddinin Türkiyə komandasına keçməsinə icazə verdiklərini açıqlayıblar.
Azərbaycanlı qolkiper son zamanlar avrokubokların vacib oyunlarında tez-tez səhvlərə yol verdiyi üçün azarkeşlərin sərt tənqidinə məruz qalıb. Belə ki, ötən mövsüm etdiyi səhvlərə görə komanda Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyib və bu mövsüm artıq ikinci mərhələdə əsas avrokuboklara vəsiqədən kənarlaşdırılıb. Nəticədə qapıçı ilə ayrılmağa qərar verilib. Əvəzedici kimi komandaya Almaniya “Bayer”inin və Rusiya millisinin keçmiş qapıçısı Andrey Lunev dəvət olunub.
Bir cavab yazın