USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin “Haken” klubunu 1:0 hesabı ilə məğlub edib və bunun sayəsində komanda artıq altı xal toplayıb və Almaniyanın “Bayer”i ilə 1-2-ci yerləri bölüşür. Bu qələbə həm də son beşlikdə 17,875 xal olan UEFA reytinqində Azərbaycanın balansına yarım xal gətirdi. Bununla yanaşı, ölkəmiz hələ də reytinqdə 29-cu yerdədir.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turlarında qazandığı iki qələbə sayəsində iki milyon manatdan çox gəlir əldə edib. Ümumilikdə Qurban Qurbanovun komandası Avropa Liqasının qrup mərhələsində artıq təxminən 5 milyon avro (8,9 milyon manat) əldə edib. Xatırladaq ki, UEFA Avropa Liqasının qrup mərhələsində hər qələbəyə görə klublara 630 min avro (1,1 milyon manat) ödəyir.
Bir cavab yazın